Azedu.az

Naxçıvanda 3 təhsil müəssisəsi yenilənir- FOTOLAR

Orta təhsil

29 Avqust 2026, 14:52
Naxçıvanda 3 təhsil müəssisəsi yenilənir- FOTOLAR

Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə, Nehrəm qəsəbə 1 nömrəli uşaq bağçasında yeni tikinti, Culfa şəhər 3 nömrəli tam orta məktəbində isə cari təmir işləri yekunlaşmaq üzrədir.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 522 şagird yerlik, 3 mərtəbədən ibarət Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi məqsədilə su anbarları nəzərdə tutulub.

Nehrəm qəsəbəsində 60 yerlik müasir uşaq bağçasının da tikintisi həyata keçirilib. Bağçada uşaqların təlim-tərbiyəsi və asudə vaxtının səmərəli təşkili üçün yataq, idman və rəqs otaqları daxil olmaqla zəruri infrastruktur yaradılıb. Məktəb və bağçanın yaxın ərazidə yerləşməsi Nehrəm qəsəbəsində uşaqların məktəbəqədər və ümumi təhsil imkanlarının daha əlverişli şəkildə təşkilinə şərait yaradacaq.

Əsaslı təmir işləri aparılan Culfa şəhər 3 nömrəli tam orta məktəbdə də son tamamlama işləri görülür.

Həyata keçirilən bu layihələr Naxçıvanda müasir və dayanıqlı təhsil infrastrukturunun formalaşdırılmasına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox