Rayonlarda fəaliyyət göstərən məktəblərin sayı ərazi və əhalinin sayına uyğun olaraq fərqlənir.
Maraqlıdır, hazırda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində neçə məktəb fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, region üzrə ümumilikdə 216 məktəb fəaliyyət göstərir:
"Onlardan 65-i Şamaxıda, 66-sı İsmayıllıda, 58-i Ağsu rayonunda və 27-si Qobustanda yerləşir".