Azedu.az

Dağlıq Şirvanın ən yaxşı MƏKTƏBLƏRİ - ADLAR

Dağlıq Şirvan

22 İyun 2026, 09:42
Dağlıq Şirvanın ən yaxşı MƏKTƏBLƏRİ - ADLAR

Dağlıq Şirvan regionu üzrə respublika üzrə ən yaxşı məktəblərin siyahısı təqdim edilib.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Belə ki, İsmayıllı rayonu üzrə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 767 şagird bitirib və onların 766 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayon məzunlarının 86 nəfəri 500-dən, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplayıb.Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1, 2, 5 və 6 nömrəli şəhər tam orta məktəbləri, eləcə də Topçu kənd tam orta məktəbi yer alıb.

Ağsu rayonu üzrə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 593 şagird bitirib və onların 591 nəfəri buraxılış imtahanında iştirak edib.Rayon məzunlarının 22 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.Bu il rayon üzrə respublikanın ən yaxşı məktəbləri sırasında yer alan təhsil müəssisəsi qeyd edilməyib.

Qobustan rayonu üzrə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 325 şagird bitirib və onların 323 nəfəri buraxılış imtahanında iştirak edib.Rayon məzunlarının 19 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.Bu il rayonun ən yaxşı məktəbləri sırasında M.Əfəndiyev adına Təklə kənd tam orta məktəbi qeyd olunub.

Şamaxı rayonu üzrə isə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 866 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.Rayon məzunlarının 45 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb.Bu il rayonun ən yaxşı məktəbləri sırasında Göylər kənd 2 nömrəli tam orta məktəbi yer alıb.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox