Azedu.az

İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır

Dağlıq Şirvan

7 Sentyabr 2026, 17:44
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərs saatı az olan və ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən bütün fənn müəllimləri üçün qeydiyyata start verilir.

Bu barədə AzEdu.az-a idarədən məlumat verilib. 

 Müraciət üçün tələblər:

 Hazırda Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının ümumi təhsil müəssisələrində müəllim vəzifəsində çalışmaq;

 İkinci iş yerindəki fəaliyyətin əsas iş yerindəki dərs yükünə və iş qrafikinə mane olmaması;

 Əsas iş yeri ilə ikinci iş yeri arasındakı məsafənin uyğunluğu.

 Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər ərizə ilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi 21; qeyri-iş günləri istisna olmaqla) yaxınlaşaraq müraciət edə bilərlər.

 İdarəyə gələ bilməyən şəxslər isə 11 sentyabr 2026-cı il, saat 18:00-a qədər aşağıdakı keçidə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər:

//docs.google.com/.../1JKS87njj.../edit...

 Müraciət edilən fənn üzrə vakansiya olduğu halda, müəllim əvəzçilik qaydasında dərslə təmin olunacaq.

 Bir vakant yerə bir neçə namizəd müraciət etdikdə seçim ardıcıllığı aşağıdakı kimi müəyyən edilir:

1.  Sertifikatlaşdırma nəticəsi ən yüksək olan namizəd;

2.  Sertifikatlaşdırmada iştirak etməyənlər üçün – sonuncu qiymətləndirmə (MİQ və ya Diaqnostik Qiymətləndirmə) balı ən yüksək olan namizəd.

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox