Azedu.az

600-dən artıq bal toplayan məzunlarla görüş keçirilib

Dağlıq Şirvan

10 Sentyabr 2026, 18:11
600-dən artıq bal toplayan məzunlarla görüş keçirilib

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və rayonun millət vəkili Şahin Seyidzadə Qobustan rayon ümumtəhsil məktəblərini bitirib 600-dən artıq nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlar, eləcədə Respublika Fənn Olimpiadasında və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə görüşüb.

Bu barədə AzEdu.az-a İdarədən məlumat verilib. 

Qeyd olunub ki, görüşdə Qobustan Rayon Təhsil Sektorunun müdiri Anar Osmanov, ETİHİ-nin Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov, Rayon İcra Hakimiyyətinin əməkdaşları və məktəb direktorları iştirak etmişlər. Sonda məzunlara Fəxri Fərman, hədiyyə və pul mükafatı təqdim edilmişdir.

Qeyd edək ki, Qobustan rayonu üzrə bu il 128-dən artıq məzun tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 6 nəfəri 600-dən, 14 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 

Rayonun icra başçısı cənab Adil Məmmədova və millət vəkili Şahin Seyidzadəyə məzunlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm.

Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram.

Azərbaycanlıların olduğu gəmiyə hücum: Ö*lənlər və yaralılar var
Son xəbərlərDaha çox