Azedu.az

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb

Dağlıq Şirvan

18 Avqust 2026, 20:24
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib.

AzEdu.az-a bu barədə idarədən məlumat verilib. 

Qeyd olunub ki, müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, səriştələri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə göstəriciləri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, həmçinin onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Bakını vurmaqla hədələdilər - Rusiya TV-sində şok sözlər
Son xəbərlərDaha çox