Azərbaycanda müxtəlif bölgələri təmsil edən bir qrup XI sinif şagirdləri üçün 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərib.
AzEdu.az bu münasibətlə Dağlıq Şirvan Regional Təhsil idarəsinə sorğu ünvanlayıb.
İdarədən verilən məlumata görə, 2026-cı il buraxılış imtahanlarında region üzrə ən yüksək nəticəni İsmayıllı rayonu, 6 nömrəli şəhər tam orta ümumtəhsil məktəbin şagirdi Mitəlov Tural Vüqar və İsmayıllı rayonu, 3 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Qasımov Turan Zöhrab göstərək 292 bal toplayıblar.


Yüksək bal toplayan şagirdləri təqdim edirik:
İslamova Aysu Elburus - İsmayıllı rayonu, Yeniyol kənd tam orta ümumtəhsil məktəbin şagirdi - 291 bal;

Abdullayeva Əsmər Samir - İsmayıllı rayonu, 3 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - 290 bal;

Umudov Əli Elşad - İsmayıllı rayonu, 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - 289 bal;
Ağayev Əli Cahan - İsmayıllı rayonu, Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbin şagirdi - 288 bal;

Ağacanlı Nuray Zamiq - Şamaxı rayonu, II Cabanı kənd tam orta ümumtəhsil məktəbin şagirdi - 287 bal;

Qardaşova Fidan Ceyhun - İsmayıllı rayonu, Qalacıq kənd tam orta ümumtəhsil məktəbin şagirdi - 286 bal;

Abbasov Uğur Anar - İsmayıllı rayonu, 5 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - 285 bal;
Aslanova Ayan Ruslan - İsmayıllı rayonu, Sumağallı kənd tam orta ümumtəhsil məktəbin şagirdi - 282 bal;
Əzizova Gülnarə Altay - İsmayıllı rayonu, Sumağallı kənd tam orta ümumtəhsil məktəbinin şagirdi - 282 bal.
