Azedu.az

Bu göbələk insanlara yüzlərlə kiçik insan fiquru göstərir

AzEdu Təhsil Platforması

25 Oktyabr 2026, 14:46
Bu göbələk insanlara yüzlərlə kiçik insan fiquru göstərir

ABŞ-nin Yuta Universitetinin alimləri insanlarda onlarla, hətta yüzlərlə kiçik insan fiqurunun görünməsinə səbəb olan göbələyin növünü müəyyənləşdiriblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar DNT analizi vasitəsilə Çinin cənub-qərbində və Filippinin şimalında müşahidə edilən bu qeyri-adi hallüsinasiyaları Lanmaoa asiatica adlı göbələk növü ilə əlaqələndiriblər.

Araşdırmaya görə, göbələyi qəbul edən insanlar adətən rəngli geyimlərdə olan, bir neçə santimetrdən bir neçə on santimetrədək ölçüdə kiçik insan fiqurları gördüklərini bildirirlər. Bu fiqurların əşyaların ətrafında hərəkət etdiyi, divarlara dırmaşdığı və ətraf mühitlə qarşılıqlı əlaqədə olduğu təsvir edilir.

Alimlər göbələkdə psilosibin də daxil olmaqla, məlum psixoaktiv maddələrin izlərini aşkar etməyiblər. Bu isə qeyri-adi hallüsinasiyalara səbəb olan maddənin hələ elmə məlum olmayan birləşmə ola biləcəyini göstərir.

Tədqiqatçılar həmin maddəni müəyyənləşdirməklə beynin görmə qavrayışını və hallüsinasiyaların yaranma mexanizmlərini daha yaxşı anlamağa ümid edirlər. Bununla belə, aktiv maddənin kimyəvi tərkibi və beyinə təsir mexanizmi hələ müəyyən edilməyib.

Araşdırmanın nəticələri Mycologia elmi jurnalında dərc olunub.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox