Azedu.az

Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Kolleclər

10 Sentyabr 2026, 09:54
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.

Ukrayna Rusiya şəhərlərini dağıdır: Güclü partlayışlar
Son xəbərlərDaha çox