Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23-27 Sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.
AzEdu.az "Abituriyent" jurnalının 11-ci sayına istinadən kolleclərdə plan yerləri ən çox boş qalan ixtisasları təqdim edir:
Ən çox boş plan yeri Bakı Avrasiya Kollecində Sığorta işi ixtisası üzrə qalıb. Bu ixtisasda 37 plan yeri boş qalıb.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Turizm işinin təşkili ixtisası üzrə 31 plan yeri boş qalıb.
Odlar Yurdu Kollecində Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi ixtisası üzrə 31 yer boş qalıb.
Ağdam Musiqi Kollecində İnstrumental ifaçılıq (fortepiano, violin, tar, kamança, qarmon, nağara, qanun, balaban, klarnet, ud) ixtisası üzrə 30 plan yeri boş qalıb.
Ağdaş Dövlət Humanitar Kollecində Aqronomluq ixtisası üzrə 28 plan yeri boş qalıb.
Bakı Biznes və Kooperasiya Kollecində Nəqliyyatın logistikası ixtisası üzrə 27 yer boş qalıb.
Mingəçevir Turizm Kollecində İaşə müəssisələrinin servisi ixtisası üzrə 24 plan yeri boş qalıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində İşıq texnikası və işıq mənbələri ixtisası üzrə 23 plan yeri boş qalıb.
Astara Pedaqoji Kollecində Turizm işinin təşkili ixtisası üzrə 23 plan yeri boş qalıb.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Turizm işinin təşkili ixtisası üzrə 23 plan yeri boş qalıb.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecində Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə 20 plan yeri boş qalıb.
Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Meşə və park təsərrüfatı ixtisası üzrə 20 plan yeri boş qalıb.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Elektrik təchizatı (sahələr üzrə) ixtisası üzrə 20 plan yeri boş qalıb.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində Qaynaq istehsalının metallurgiyası texnologiyası və avadanlığı ixtisası üzrə 18 plan yeri boş qalıb.
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Bələdiyyə işi və Su təsərrüfatı qurğularının istismarı ixtisasları üzrə 18 plan yeri boş qalıb.
Şəki Dövlət Regional Kollecində Mühafizə xidməti ixtisası üzrə 17 plan yeri boş qalıb.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə 17 plan yeri boş qalıb.
Qərbi Kaspi Kollecində Meşə və park təsərrüfatı ixtisası üzrə 17 yer boş qalıb.
Ağcabədi Pedaqoji Kollecində Süd və süd məhsullarının texnologiyası ixtisası üzrə 14 plan yeri boş qalıb.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Aqronomluq ixtisası üzrə 14 plan yeri boş qalıb.
Naxçıvan Dövlət Texniki Kollecində Dizayn (sahələr üzrə) ixtisası üzrə 13 plan yeri boş qalıb.
Şamaxı Dövlət Regional Kollecində Elektrik təchizatı (sahələr üzrə) və Kitabxana işi ixtisasları üzrə 13 plan yeri boş qalıb.
Masallı Dövlət Regional Kollecində Meşə və park təsərrüfatı ixtisası üzrə 13 yer boş qalıb.
Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində Elektrik təchizatı (su nəqliyyatında) ixtisasında 11 plan yeri boş qalıb.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Turizm işinin təşkili (ödənişli) ixtisası üzrə 10 plan yeri boş qalıb.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə Ailə və ev təhsili ilə Vaqon və refrijerator təsərrüfatı ixtisasları üzrə 10 plan yeri boş qalıb.