Kolleclərdə boş qalan plan yerlərinə ixtisas seçiminin son günüdür.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata əsasən, 2026/2027-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi üzrə bu saata olan (16:00) elektron ərizələrin sayı açıqlanıb.
Bu saata olan məlumata əsasən, ümumilikdə 2165 elektron ərizə verilib. Onlardan 1919-u Azərbaycan bölməsi, 246-sı isə rus bölməsi üzrə qeydə alınıb.
Qeyd edək ki, ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.