Azedu.az

18 yaşlı motosiklet sürücüsü qəzaya düşüb

Hadisə

6 Sentyabr 2026, 13:34
18 yaşlı motosiklet sürücüsü qəzaya düşüb

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.

Toqquşma nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab
Son xəbərlərDaha çox