Azedu.az

Müəllimlərə sosial media qadağası GƏLİR

Müəllimlər və elm adamları

10 Sentyabr 2026, 17:20
Müəllimlərə sosial media qadağası GƏLİR

Türkiyədə dövlət universitetlərində çalışan akademiklərin sosial media və digər rəqəmsal platformalarda məzmun hazırlayaraq gəlir əldə etməsinə məhdudiyyət qoyulub.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata əsasən, akademiklərin öz elmi adından istifadə edərək sosial media, video platformaları, internet saytları və digər rəqəmsal vasitələrdən kommersiya məqsədilə gəlir əldə etməsi qadağan edilə bilər.

Məsələ ilə bağlı YÖK tərəfindən Türkiyə Prezident Administrasiyasından hüquqi rəy istənilib. Verilən rəydə rəqəmsal platformalardan əldə edilən gəlirlərin dövlət qulluqçularının kommersiya fəaliyyəti ilə bağlı məhdudiyyətləri çərçivəsində qiymətləndirilə biləcəyi bildirilib.

Qərarın xüsusilə sosial mediada mütəmadi olaraq elmi və tədris məzmunu paylaşan, eyni zamanda bu fəaliyyətlərdən gəlir əldə edən akademiklərə təsir edəcəyi gözlənilir.

Məlumata görə, bəzi akademiklər artıq video platformalarındakı məzmunlarını silərək bu fəaliyyəti dayandırıblar.

Bununla belə, gəlir əldə etməyən və yalnız elmi və tədris məqsədilə fəaliyyət göstərən akademik hesabların da məhdudiyyətə daxil olub-olmayacağı hələ tam aydın deyil.

Azərbaycanlıların olduğu gəmiyə hücum: Ö*lənlər və yaralılar var
Son xəbərlərDaha çox