Azedu.az

Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb

Müəllimlər və elm adamları

1 Sentyabr 2026, 09:24
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb

İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində işə qəbul prosesinin növbəti mərhələsi olan müsahibə mərhələsi keçirilir.

AzEdu.az xəbər verir ki, müsahibə mərhələsi sentyabrın 2-də onlayn formatda “Google Meet” platforması üzərindən təşkil olunacaq. Müsahibənin müddəti 15-20 dəqiqə təşkil edir.

Namizədlər 9 istiqamət üzrə qiymətləndiriləcək və müsahibə mərhələsində maksimum 45 bal toplamaq mümkündür.

Müsahibə zamanı namizədlərin motivasiyası, situativ bacarıqları, uşaqlar və valideynlərlə kommunikasiya, komanda ilə əməkdaşlıq, eləcə də peşəkar yanaşması qiymətləndiriləcək.

Bildirilib ki, müsahibə prosesi bərabər yanaşma, obyektivlik, şəffaflıq və təhlükəsiz mühit prinsipləri əsasında həyata keçirilir.

Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetinə göndəriləcək. Yekun nəticə imtahan mərhələsinin nəticəsi ilə birlikdə hesablanacaq (yekun bal = imtahan balı + müsahibə balı). 

Putin qorxuya düşdü - Məni a*sacaqlar! Şok açıqlama yayıldı
Son xəbərlərDaha çox