Azedu.az

Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB

Müəllimlər və elm adamları

1 Sentyabr 2026, 10:02
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi artıq başa çatıb. Bu il bəzi ixtisaslar üzrə keçid ballarında nəzərəçarpacaq dəyişikliklər qeydə alınıb. Həmin ixtisaslardan biri də Azərbaycan dili və ədəbiyyatı müəllimliyidir.

AzEdu.az Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 2025-2026 və 2026-2027-ci tədris illərinin keçid ballarını müqayisə edib.

Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə keçid balı 572.5-dən 582-yə yüksəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçid balı 522.7-dən 513.4-ə düşüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçid balı 411.3-dən 428.6-ya yüksəlib.

Şəki filialında keçid balı 402.5-dən 426.4-ə qalxıb.Ağcabədi filialında keçid balı 395.6-dan 427.1-ə yüksəlib.

Cəlilabad filialında keçid balı 413.3-dən 431-ə qalxıb.Quba filialında keçid balı 412.4-dən 421-ə yüksəlib.

Azərbaycan Dillər Universitetində keçid balı 542.8-dən 538.2-yə düşüb.

Bakı Slavyan Universitetində keçid balı 477.6-dan 478.5-ə yüksəlib.

Naxçıvan Dövlət Universitetində keçid balı 465.4-dən 457.4-ə enib.

Gəncə Dövlət Universitetində keçid balı 486.5-dən 504.6-ya yüksəlib.

Sumqayıt Dövlət Universitetində keçid balı 459.3-dən 464.3-ə qalxıb.

Mingəçevir Dövlət Universitetində keçid balı 431.7-dən 463.3-ə yüksəlib.

Lənkəran Dövlət Universitetində keçid balı 419.4-dən 450.9-a qalxıb.

Qarabağ Universitetində keçid balı 424.9-dan 512-yə yüksələrək 87.1 ballıq artım göstərib.

Xəzər Universitetində keçid balı 527.3-dən 526.1-ə düşüb.

Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda 2025-ci ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə keçid balı 378.4 olub. 2026-cı il üzrə təqdim olunan siyahıda bu ali təhsil müəssisəsi yer almayıb. Beləliklə, 2026-cı ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə keçid ballarında həm artım, həm də azalma qeydə alınıb. 17 ali təhsil müəssisəsindən 13-də keçid balı yüksəlib, 4-də isə azalıb.

Ən böyük artım Qarabağ Universitetində qeydə alınıb. Burada keçid balı 424.9-dan 512-yə yüksələrək 87.1 bal artıb. Artım baxımından növbəti yerlərdə Mingəçevir Dövlət Universiteti (+31.6 bal), Ağcabədi filialı (+31.5 bal) və Şəki filialı (+23.9 bal) qərarlaşıb.

Ən yüksək keçid balı isə 2026-cı ildə Bakı Dövlət Universitetində- 582 bal olub. Onu Azərbaycan Dillər Universiteti (538.2 bal), Xəzər Universiteti (526.1 bal) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (513.4 bal) izləyib.

Putin qorxuya düşdü - Məni a*sacaqlar! Şok açıqlama yayıldı
Son xəbərlərDaha çox