Alimlər zədələnmiş sinirlərin bərpasına mane olan AHR adlı zülal müəyyən ediblər.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Mount Sinai alimlərinin siçanlar üzərində apardığı araşdırmada AHR-nin bloklanmasının zədələnmiş sinir liflərinin yenidən böyüməsini sürətləndirdiyi, hərəkət və hissiyyat funksiyalarının bərpasını yaxşılaşdırdığı müəyyənləşib. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Tədqiqatçılar AHR-ni sinir hüceyrələrinin bərpasını məhdudlaşdıran bir növ “molekulyar əyləc” adlandırırlar. Onların fikrincə, bu mexanizmin hədəflənməsi gələcəkdə onurğa beyni və digər sinir zədələrinin müalicəsində yeni imkanlar yarada bilər. Bununla belə, yanaşmanın insanlarda tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var.