Azedu.az

Birinci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir

AzEdu Təhsil Platforması

12 Sentyabr 2026, 14:23
Birinci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib. 

Qeyd olunub ki, 16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Proses 30 sentyabr saat 15:00-dək davam edəcək.

Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Nəzərinizə çatdırırıq ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

Rusiya dəhşətli itkilər verdi - Şok detallar üzə çıxdı
Son xəbərlərDaha çox