Azedu.az

"Valideynin missiyası maddi sponsorluqdan o yana keçmir" – Təhsil zəncirimiz harada qırılır?

AzEdu Təhsil Platforması

12 Sentyabr 2026, 11:26
"Valideynin missiyası maddi sponsorluqdan o yana keçmir" – Təhsil zəncirimiz harada qırılır?

"Ölkəmizdə valideyinlərin övladlarına nəzarəti daha çox ibtidai təhsil zamanı olur".

Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

O, qeyd edib ki, ibtidai siniflərdə uşaqlarla əməlli-başlı məşğul olunur, demək olar ki, hər mövzu bir yerdə oxunur və öyrədilir. Lakin yuxarı siniflərdə bu nəzarət tamamilə itir və şagird 10-cu sinifdə oxuyarkən valideynlərə artıq müəllim tutmaq lazım olduğu bildirilir. Bundan sonra şagird repetitorun yanına gedir və qalan iki ildə məqsəd sadəcə ali məktəbə daxil olmaqdan ibarət olur. Bu isə məntiqi koordinasiyanın pozulmasına və təhsilin əsas məqsədinin unudulmasına səbəb olur.

Dördüncü, beşinci siniflərdən onuncu sinfə qədər davamiyyətdə və təhsilə münasibətdə zəif olan bir şəxsin sonradan uşağı fizikadan və ya digər fənlərdən imtahana hazırlaması ancaq yaddaşın mexaniki doldurulmasına və imtahanda "nə yazdımsa yazdım" prinsipinə xidmət edir. Belə təhsil üsulu imtahan zamanı əlavə həyəcan yaradır, şagirdin öz bildiklərindən şübhə etməsinə və məlumatı unutmaq qorxusu yaşamasına gətirib çıxarır.

Bu mərhələdə valideynin missiyası əsasən maddi sponsorluqdan o yana keçmir. Əlbəttə, insanların əziyyətlə qazandığını öz övladına sərmayə kimi qoyması böyük fədakarlıqdır və hər zaman alqışlanmalıdır. Lakin bu zəncir bir dəfə qırıldıqdan sonra təhsil prosesini süni şəkildə oyatmaq və əvvəlki keyfiyyəti bərpa etmək çox çətin olur.

Daha ətraflı:

 

 

 

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox