Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çaışan müəllimlər üçün ikinci iş yeri üzrə işə qəbul elan edilir!
Bu barədə AzEdu.az-a İdarədən məlumat verilib.
Qeyd olunub ki, müəllimlərin mövcud dərs yükünün artırılması, vakant dərs saatlarının ixtisaslı pedaqoji kadrlar hesabına komplektləşdirilməsi, kadr potensialından səmərəli istifadə və tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müəllimlərin işə qəbulu həyata keçiriləcəkdir. İkinci iş yeri üzrə işləmək istəyən müəllimlər aşağıda qeyd olunan link vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün link
//docs.google.com/.../1nEM.../edit
Namizədlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaqdır:
Nəticə göstəricisi: Namizədlərin üstünlüyü müəyyən edilərkən müəllimin sertifikatlaşdırmanın test imtahanı mərhələsində, sertifikatlaşdırmanın aparılmadığı fənlər üzrə diaqnostik qiymətləndirmədə, eləcə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində göstərdiyi nəticə nəzərə alınacaqdır.Gəncə şəhəri üzrə: 85 faiz və daha yüksək nəticə göstərənlər;Rayon mərkəzləri, kənd və qəsəbələr üzrə: 70 faiz və daha yüksək nəticə göstərən namizədlərin müraciətləri nəzərə alınacaqdır.
Yüksək bal üstünlüyü: Eyni vakant yer üzrə bir neçə namizəd müraciət etdikdə daha yüksək qiymətləndirmə nəticəsinə malik namizədə üstünlük veriləcəkdir.
Dərs yükü meyarı: Qiymətləndirmə nəticələri bərabər olduqda əsas iş yeri üzrə dərs yükü daha az olan namizədə üstünlük veriləcəkdir.
Ərazi prinsipi: Qiymətləndirmə nəticəsi və əsas iş yeri üzrə dərs yükü eyni olduqda vakant yerin yerləşdiyi şəhər və ya rayon üzrə fəaliyyət göstərən namizədə üstünlük veriləcəkdir. (Qeyd: Ərazi üzrə üstünlük ayrıca seçim meyarı kimi deyil, namizədlərin qiymətləndirmə nəticələri və dərs yükü nəzərə alındıqdan sonra bərabər göstəricilərə malik namizədlər arasında tətbiq ediləcəkdir).
Vacib qeyd: Qeydiyyat zamanı təqdim edilən məlumatların düzgün və tam qeyd olunması xahiş olunur.
Qeydiyyat üçün son tarix 14 sentyabr saat 23:59-dur.