Yaponiyanın Osaka şəhərində orta məktəb şagirdinin sinifdə bibər qazı püskürtməsi nəticəsində azı 24 nəfər xəsarət alıb.
AzEdu.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların vəziyyəti ağır deyil və onların hamısı şüurludur.
Polis hadisənin başvermə şəraitini araşdırır və şagirdi dindirir.