Azedu.az

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”

Orta təhsil

14 Sentyabr 2026, 16:40
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”

"Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev məktəb direktorları və direktor müavinlərinin təyinatı, qiymətləndirilməsi və əməkhaqqı ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir bildirib ki, direktor və direktor müavini vəzifələrinə namizədlərin sertifikasiya prosesindən keçməsi və yüksək nəticə göstərməsi əsas yanaşmalardan biridir.

“Yaxın vaxtlarda bir neçə yüz şəxsin direktor vəzifəsinə təyinatı nəzərdə tutulur. Onların hər biri sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərdir. 

Məqsədimiz məktəb rəhbərliyinin ən savadlı və təcrübəli müəllimlərdən formalaşdırılmasıdır”, - deyə Emin Əmrullayev qeyd edib.

Əməkhaqqı məsələsinə də toxunan nazir bildirib ki, direktor və direktor müavinlərinin əməkhaqqının artırılması dövlət tərəfindən həyata keçirilən ümumi əməkhaqqı artımları çərçivəsində, eləcə də adambaşına maliyyələşmə sisteminə keçid şəraitində nəzərdən keçirilir. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox