Azərbaycanda sentyabrın 15-də Bilik Günü və 2026–2027-ci tədris ilinin başlanması qeyd olunur. Ölkənin ümumi təhsil müəssisələrində ilk dərslər keçirilir.
AzEdu.az xəbər verir ki, yeni tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onların 1,7 milyondan çoxunu ümumi təhsil müəssisələrinin şagirdləri təşkil edəcək.
Yeni təhsil ilini xarakterizə edən statistik göstəricilərdən biri də 124 min şagirdin I sinifdə təhsilə başlamasıdır. Hazırda 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.
550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur.
850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.
Paytaxt məktəblərində isə 504 mindən çox şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 39 mindən çox uşaq ilk dəfə birinci sinfə qədəm qoyacaq.
Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də təhsil şəbəkəsi genişləndirilir. Bu il həmin ərazilərdə 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
2026–2027-ci tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Məktəblərdə ilk zəng çalınacaq, minlərlə uşaq məktəb həyatı ilə ilk dəfə tanış olacaq.