Azedu.az

Sabirabadda uşaq ölü doğulub 

Hadisə

15 Sentyabr 2026, 17:25
Sabirabadda uşaq ölü doğulub 

Sabirabad rayonunda 2007-ci il təvəllüdlü şəxs (qadın) 38-39 həftəlik hamiləlik səbəbilə 13.09.2026-cı il tarixində saat 23:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölü döl ana bətnindən xaric olunub. Hazırda pasiyentin müalicəsi Doğum şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Regionda təhdidlər artır - Bakını nə gözləyir?
Son xəbərlərDaha çox