Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə fəaliyyət göstərən təhsil müəssisələrində 2026–2027-ci tədris ilinə start verilib.
AzEdu.az xəbər verir ki, yeni tədris ilinin ilk günündə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının ümumtəhsil müəssisələrində “Bilik Günü” tədbirləri keçirilib.
Region üzrə fəaliyyət göstərən 102 ümumtəhsil məktəbi, 1 gimnaziya, 3 lisey, 2 internat və 1 xüsusi məktəbdə ümumilikdə 8090 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.
Cari tədris ilində 11 644 şagird ilk dəfə məktəbə qədəm qoyub, ümumilikdə isə 154 537 şagird təhsilini davam etdirir.
Yeni tədris ili ərəfəsində təhsil infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, Sumqayıt şəhər 21 nömrəli tam orta məktəb əsaslı təmir olunub, Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbin yeni korpusu istifadəyə verilib.