2026-cı ilin noyabrında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 gün qeyri-iş günü olacaq.
AzEdu.az xəbər verir ki, istehsalat təqviminə əsasən, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü ilə əlaqədar iş günü hesab edilmir.
Zəfər Günü bazar gününə təsadüf etdiyindən noyabrın 10-u da istirahət günü olacaq. Beləliklə, noyabrın 7–10-da ardıcıl dörd gün iş olmayacaq.
Şənbə və bazarlar da nəzərə alınmaqla, ayın 1, 7, 8, 9, 10, 14, 15, 21, 22, 28 və 29-u qeyri-iş günləridir.
Noyabrda 19 iş günü olacaq.