Abşeron rayonu üzrə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 4791 şagird bitirib və onların 4772 nəfəri buraxılış imtahanında iştirak edib.
AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Rayon məzunlarının 525 nəfəri 500-dən, o cümlədən 143 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Xırdalan şəhər 3, 5 və 6 nömrəli, Qobu qəsəbə 1 nömrəli, Ceyranbatan qəsəbə 2 nömrəli, Mehdiabad qəsəbə 2 və 5 nömrəli, İ.Yusifov adına Görədil kənd, Masazır kənd 2, 3 və 5 nömrəli tam orta məktəblərini qeyd etmək olar.
Xızı rayonu üzrə 2025-ci ildə rayonun ümumtəhsil müəssisələrini 145 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 13 nəfəri 500-dən, o cümlədən 5 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbi sırasında M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbini qeyd etmək olar.
Sumqayıt şəhəri üzrə 2025-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 4541 şagird bitirib və onların 4532 nəfəri buraxılış imtahanında iştirak edib.
Şəhər məzunlarının 605 nəfəri 500-dən, o cümlədən 192 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il şəhərin ən yaxşı məktəbləri sırasında Təbiət elmləri təmayüllü gimnaziya, Texniki və təbiət elmləri liseyi, "İstedad" liseyi və "Təfəkkür" liseyini qeyd etmək olar.