Abşeron-Xızı regionu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Abşeron rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 2278 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Xızı rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 56 məzun tələbə adını qazanıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti olub.
Sumqayıt şəhəri üzrə isə qəbul imtahanlarının nəticələrinə əsasən, 2373 məzun tələbə adını qazanıb. Şəhər abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti olub.
Məlumatlardan görünür ki, Abşeron-Xızı-Sumqayıt iqtisadi rayonu üzrə abituriyentlərin ən çox üz tutduğu ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetidir. Bu ali məktəblər region üzrə abituriyentlərin seçimlərində üstünlük təşkil edir.