Azedu.az

3 yaşlı uşağın xərçəngi eksperimental müalicədən sonra yox olub

Maraqlı

15 Sentyabr 2026, 16:30
3 yaşlı uşağın xərçəngi eksperimental müalicədən sonra yox olub

3 yaşlı uşağın metastatik qaraciyər xərçəngi üzərində aparılan eksperimental müalicə müsbət nəticə verib.

AzEdu.az xəbər verir ki, “The New England Journal of Medicine” jurnalında yayımlanan araşdırmaya görə, hepatoblastoma diaqnozu qoyulan uşağın xərçəngi ağciyərlərə də yayılıb. Kimyaterapiya və əməliyyatlara baxmayaraq, xəstəlik yenidən qayıdıb.

Daha sonra uşaq CAR-T hüceyrə terapiyasının eksperimental formasına cəlb olunub. Müalicədən sonra şişlərdə ciddi geriləmə müşahidə edilib və sonrakı müayinələrdə xəstəliyin əlamətləri aşkarlanmayıb.

Müalicədən 12 ay sonra uşağın vəziyyətinin yaxşı olduğu və xərçəngin geri qayıtmadığı bildirilib.

Tədqiqatçılar nəticənin CAR-T terapiyasının qaraciyər xərçəngi kimi bərk şişlərin müalicəsində potensialını göstərdiyini, lakin metodun geniş tətbiqi üçün əlavə klinik sınaqlara ehtiyac olduğunu qeyd ediblər.

Regionda təhdidlər artır - Bakını nə gözləyir?
Son xəbərlərDaha çox