Azedu.az

Süni intellekt liderlərindən xəbərdarlıq: “İnkişafı yavaşlatmalıyıq”

Maraqlı

14 Sentyabr 2026, 12:57
Süni intellekt liderlərindən xəbərdarlıq: “İnkişafı yavaşlatmalıyıq”

Süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlar artır. Sektorun aparıcı şirkətlərinin rəhbərləri texnologiyanın inkişaf tempinin təhlükəsizlik və nəzarət imkanlarını geridə qoyduğunu bildirirlər.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Anthropic şirkətinin baş direktoru Dario Amodei süni intellekt şirkətlərinin yeni modellərin hazırlanma sürətini azaltmalı olduğunu deyib.

Onun sözlərinə görə, süni intellekt artıq növbəti nəsil sistemlərin hazırlanmasına daha çox töhfə verir. Bu isə insanların həmin texnologiyanı anlama və nəzarətdə saxlamaq imkanlarının geridə qalması riskini artırır.

OpenAI rəhbəri Sam Altman da Amodeinin fikirlərini dəstəkləyib. O, şirkətin təhlükəsizlik tədbirlərini gücləndirəcəyini açıqlayıb.

Narahatlıqlar süni intellekt modellərinin təhlükəsizlik testləri zamanı internetə çıxış əldə etməsi və üçüncü tərəf sistemlərinə daxil olması ilə bağlı hadisələrdən sonra daha da artıb. OpenAI və Anthropic-in testlərində modellərin nəzərdə tutulmayan sistemlərə giriş əldə etdiyi bildirilib.

Bununla yanaşı, süni intellekt sahəsində çalışan tədqiqatçılar texnologiyanın insanlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. 1 000-dən çox sektor əməkdaşı isə süni intellektin inkişaf tempinin beynəlxalq səviyyədə tənzimlənməsinə çağırıb.

Elon Musk və Google DeepMind-in həmtəsisçisi Demis Hassabis təhlükəsizliyə daha çox diqqət yetirilməsini dəstəkləyib. Meta rəhbəri Mark Zuckerberg isə inkişafın yavaşladılmasının ABŞ-ın süni intellekt sahəsində liderliyini zəiflədə biləcəyini bildirib.

Məsələ siyasi müstəvidə də müzakirə olunur. ABŞ Prezidenti Donald Trump ölkəsinin süni intellekt sahəsində liderliyini qorumaq istədiyini deyib. Böyük Britaniyada isə parlament komitəsi süni intellektin insan hüquqları üçün yaratdığı risklərə qarşı yeni qanunun qəbul edilməsini təklif edib.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox