Azedu.az

Fransada 15 yaşadək uşaqlar üçün sosial media qaydası dəyişir

Maraqlı

14 Sentyabr 2026, 13:22
Fransada 15 yaşadək uşaqlar üçün sosial media qaydası dəyişir

Fransada 15 yaşadək uşaqların sosial media platformalarına çıxışını məhdudlaşdıran yeni qanun layihəsi hazırlanıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yeni qanun layihəsinin hazır olduğunu açıqlayıb.

O bildirib ki, parlamentin hər iki palatası tərəfindən qəbul edilən əvvəlki qanun layihəsi avqust ayında Konstitusiya Şurası tərəfindən ləğv edildikdən sonra hökumətə Avropa normalarına uyğun yeni tənzimləmə hazırlamaq tapşırılıb.

Makronun sözlərinə görə, yeni qanun layihəsi hazırlanıb və Avropa İttifaqı Komissiyasına təqdim edilib.

Fransa Prezidenti uşaqların onlayn mühitdə qorunmasının vacibliyini vurğulayıb və bu qaydaların bütün Avropada tətbiq edilməli olduğunu bildirib.

Qeyd edək ki, Konstitusiya Şurası avqustun 14-də əvvəlki tənzimləməni uşaqların ifadə azadlığına “orantısız müdaxilə” təşkil etdiyi gerekçəsi ilə ləğv etmişdi. Şura uşaqların qorunmasının vacibliyini qəbul etsə də, qanunun onlayn mühitin uşaqların sağlamlığı və təhlükəsizliyinə yaratdığı riskləri kifayət qədər əsaslandırmadığı qənaətinə gəlib.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox