Azedu.az

Valideynlərin məktəbə girişinə məhdudiyyət qoyuldu

Elm və təhsil

13 Sentyabr 2026, 14:13
Valideynlərin məktəbə girişinə məhdudiyyət qoyuldu

Türkiyədə yeni tədris ilinin başlaması ilə məktəblərdə valideyn görüşləri, ziyarətçi girişi və mobil telefon istifadəsi ilə bağlı qaydalar tətbiq olunacaq.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin 2026-2027-ci tədris ili ilə bağlı yayımladığı təlimata əsasən, valideynlərlə görüşlər yalnız “Məktəb Görüş Vaxtı Sistemi” üzərindən təşkil ediləcək.

Görüş vaxtı almadan məktəbə gələn valideynlərin ziyarətinə icazə verilməyəcək.

Qaydalara görə, şagirdin valideyni və ya qanuni qəyyumu olmayan şəxslər məktəbə buraxılmayacaq.

Bu tətbiqin məktəblərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçiriləcəyi bildirilib.

Müəllimlər də dərsdə telefon istifadə etməyəcək:

Məktəblərdə mobil telefon istifadəsi ilə bağlı mövcud qaydalar da davam etdiriləcək. Şagirdlərin sinifdə mobil telefon saxlamamasına dair tətbiq qüvvədə qalacaq.

Bundan əlavə, müəllimlərin də dərs zamanı sinifdə mobil telefondan istifadə etməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Türkiyədə 2026-2027-ci tədris ili sentyabrın 14-də başlayacaq.

Rusiya dəhşətli itkilər verdi - Şok detallar üzə çıxdı
Son xəbərlərDaha çox