Azedu.az

Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB

Elm və təhsil

14 Sentyabr 2026, 08:46
Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB

Bakı metropolitenində yaranan problemin səbəbi məlum olub.

AzEdu.az Modern.az-a istinadən xəbər  xəbər verir ki, Bakı Metropoliteni QSC-nin yaydığı məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
 

08:17

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

Qatarların hər iki istiqamətdə hərəkəti dayanıb. Qatarlar sərnişinsiz və hərəkətsiz vəziyyətdə saxlanılıb.

Yaranmış fasilə səbəbindən metro stansiyalarında sərnişin sıxlığı müşahidə olunur.

Problemin səbəbi və hərəkətin nə vaxt bərpa ediləcəyi hələlik açıqlanmayıb. Metropoliten əməkdaşları sərnişinlərə bu vəziyyətin 1 saata qədər çəkə biləcəyini bildirirlər. 

Bakı metrosu iflic vəziyyətə düşdü -Qatarlar niyə 30 dəqiqə dayandı?
Son xəbərlərDaha çox