Azedu.az

Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib

Təhsil Nazirliyi

14 Sentyabr 2026, 12:31
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib

“SABAH.city” innovasiya şəhərciyinin ilk mərhələsi istifadəyə verilib

Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışı olub.

AzEdu.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, “SABAH.city” ali təhsil, elm, innovasiya və biznesi vahid məkanda bir araya gətirən yeni ekosistemdir.

Burada Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur.

Eyni zamanda, şəhərcikdə 13 tədris və tədqiqat laboratoriyasında süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya, nanofizika və digər prioritet istiqamətlər üzrə araşdırmalar aparılacaq. Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı, 8 texnologiya və innovasiya yönümlü şirkət, eləcə də 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Emin Əmrullayev qeyd edib ki, “SABAH.city” gənclərin bilik və ideyalarını innovativ həllərə çevirməsi, eləcə də elm, texnologiya və sənaye arasında yeni əməkdaşlıqların qurulması üçün mühüm platforma olacaq.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox