Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
AzEdu.az Elm və təhsil naziri Emin Əmrullayevin Bilik Günü ilə bağlı təbrik postunu diqqətinizə çatdırır.
"Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!
Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.
Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram.
Bilik Gününüz mübarək!"
