Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. Ölkənin bütün ümumtəhsil məktəblərində ilk dərs gününün həyəcanı yaşanır.
AzEdu.az-ın əməkdaşları paytaxtdakı 21 nömrəli tam orta məktəbdə olaraq, birinci sinfə başlayan şagirdlərin ilk dərs günündə yaşadıqları həyəcanı izləyiblər.
Birinci sinif şagirdi Məryəm Mirzəyeva AzEdu.az-a ilk dərs günü ilə bağlı təəssüratlarını bölüşüb.
Böyüyəndə həkim olmaq istəyirəm, ona görə də dərslərimi həmişə çox yaxşı oxuyacam:
Bu gün mənim ilk dərs günümdür. Sinif yoldaşlarımı gördüyüm üçün, onlarla tanış olduğuma görə çox sevinirəm. Özümü çox xoşbəxt hiss eləyirəm. Çox istəyirəm ki, uşaqlar mənimlə dost olsunlar, mən də onların dostu olum.
Dərslərimə çox yaxşı hazırlaşacam. Müəlliməmi heç vaxt incitməyəcəyəm, həmişə "5" alacam. Dərslərimdən geri qalmayacam, heç birini yarımçıq buraxmayacam. Hamısını yaxşı oxuyacam ki, bizi tərifləsinlər".