Azedu.az

21 nömrəli məktəbdə 162 istedadlı şagird üçün yeni təmayül modeli tətbiq olunacaq

Qəbul imtahanları

Elm və təhsil

Orta təhsil

15 Sentyabr 2026, 08:52
21 nömrəli məktəbdə 162 istedadlı şagird üçün yeni təmayül modeli tətbiq olunacaq

 

“Ötən iki il ərzində məktəbdə komanda işi olaraq ilk növbədə təlim-tərbiyə və nizam-intizam istiqamətində böyük addımlar atmışıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri 21 nömrəli məktəbin direktoru Elgün Əliyev Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib.

Direktor bildirib ki, məktəbdə son iki il ərzində təlim-tərbiyə və nizam-intizam istiqamətində aparılan işlər təhsil nəticələrinə də müsbət təsir göstərib:

“4-cü və 6-cı siniflərin monitorinq, 9-11-ci siniflərin buraxılış imtahanı, eləcə də qəbul imtahanlarının nəticələrinə əsasən məqsədyönlü şəkildə inkişaf yolu keçmişik.
Xüsusilə vurğulamaq istədiyimiz uğurlardan biri 11-ci sinif şagirdimizin 637 balla Azərbaycanın əsas universitetlərindən biri olan Qarabağ Universitetinin Tibb fakültəsinə qəbul olmasıdır. Həmin şagirdimizi və valideynlərini təbrik edirik. Təəssüf ki, tədris ili ilə əlaqədar hazırda universitetdə olduqları üçün tədbirdə iştirak edə bilmirlər.
Digər uğurumuz isə məktəbimizin 6-cı sinif şagirdinin Respublika Fənn Müsabiqələrində riyaziyyat üzrə bürünc medal qazanmasıdır. Onu da kollektivimiz adından təbrik edirik”.

Elgün Əliyev qeyd edib ki, yeni tədris ilində məktəbdə 162 istedadlı şagird üçün yeni tədris təmayül modelinin tətbiqinə başlanılır:

“Məktəbimizdə, hətta rayonumuzda bu il çox böyük bir yenilik olub. Sol tərəfdə gördüyünüz 162 istedadlı gəncdən ibarət tam orta təhsil layihəsinin, yeni tədris təmayül modelinin bu il təməlini qoyduq.
Buraxılış imtahanında yüksək bal toplamış, Azərbaycanın gələcəyi olan bu istedadlı gənclərlə bağlı gələcəkdə peşəyönümlü və ixtisasyönümlü tədris modelinə başlayacağıq. Əminəm ki, bu il həm məktəbimiz, həm rayonumuz, dolayısı ilə təhsilimiz üçün böyük addımlar atmış olacağıq”.

Direktor çıxışı zamanı məktəbin beynəlxalq qiymətləndirmə nəticələrinə də toxunub:

“Dünya üzrə beynəlxalq qiymətləndirmə sistemi olan PISA-nın ilkin təhlillərinə görə, ölkəmiz 91 ölkə içərisində, təbii ki, Bakı təmsilçisi olaraq inkişaf etmiş, ən inkişaf etmiş iki ölkədən birincisidir. Həm riyaziyyat, həm təbiət, həm də oxu bacarıqlarının inkişafı üzrə diqqət çəkəcək qədər öndəyik”.

Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı
Son xəbərlərDaha çox