2026–2027-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 82 min 582 şagird təhsil alacaq. O cümlədən, I sinifdə 5954, IX sinifdə 8069, XI sinifdə isə 6 min 415 şagirdin təhsil alması gözlənilir.
AzEdu.az-a mövzu ilə bağlı İdarədən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda, şimal-qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7 min 302 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 3992 yaxın beşyaşlı uşaq cəlb olunacaq.
2026-2027-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 10 min 794 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 891 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumi təhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə 569 təhsil müəssisəsi fəaliyyət göstərir.