Azedu.az

DİM sədri: Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik

Orta təhsil

11 Sentyabr 2026, 12:08
DİM sədri: Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik

“Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

"Biz məsuliyyət hissini uşaqlarda yaratmalıyıq. Bu normaldır: ailədə 7-ci sinifdə oxuyan uşaq 5-ci sinifdə oxuyan kiçik qardaşına və ya bacısına kömək edə bilər.

Burada müxtəlif yanaşmalar ola bilər. Bəlkə ailə ilə danışıb uşağın böyük qardaşının onunla məşğul olmasını təşkil etmək olar. 

Bəlkə də siniflər arasında yarışlar yaratmaq olar ki, uşaqlar özləri istəməsinlər ki, onların arasında zəif nəticə göstərən şagird olsun.

Yanaşmalar tamamilə müxtəlif ola bilər. Mənə elə gəlir ki, hər bir məktəbdə, hətta hər bir sinif rəhbəri bu yanaşmaları özü müəyyən edə bilər. Amma bu, çox vacib işdir.

Doğrudan da, ilkin olaraq ibtidai sinifdə yaranan zəif nəticələr sonradan ona gətirib çıxarır ki, 9-cu sinifdə buraxılış imtahanında yazmağı və oxumağı bacarmayan şagirdlərlə qarşılaşırıq.
Mənim üçün şok idi. 2012-ci ildə biz ilk dəfə buraxılış imtahanı aparanda. Mən həmin uşaqları öz gözlərimlə görmüşdüm. 

Buraxılış imtahanı zamanı məktəblərə gedirdim. 9-cu sinifdə sağlam uşaq qarşımda oturmuşdu, qarşısında cavab kartı, sual kitabçası var idi, amma heç nə yazmamışdı. İmtahandan sonra həmin uşaqla özüm danışdım. 

Mən o vaxt imtahanları müşahidə edirdim, ilk 9-cu sinif buraxılış imtahanları zamanı rayonlara, kəndlərə gedirdim. Məlum oldu ki, həmin uşaq ümumiyyətlə məktəbə getmirdi, fermada atasına kömək edirdi.
Sağlam uşaq idi və utanırdı ki, 9-cu sinfə gəlib çatıb, amma oxumağı bacarmır.

İndi belə faktlar yoxdur. O vaxtdan bəri biz hər il belə faktları müəyyənləşdirəndə Təhsil Nazirliyinə göndərmişik və demək olar ki, bu problemi aradan qaldırmışıq.

İndi 4-cü sinifdən başlamışıq və bu, çox vacibdir. Biz bunu ona görə edirdik ki, problemlərin kökünə getməliyik.

Mən onu deyim ki, son 10-13 il ərzində aparılan institusional dəyişikliklərin nəticəsini biz görəcəyik".

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox