Azedu.az

Siniflərin 99%-də şagird sıxlığı yoxdur 

Elm və təhsil

14 Sentyabr 2026, 16:31
Siniflərin 99%-də şagird sıxlığı yoxdur 

"Siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ümumilikdə təxminən 80 min sinif mövcuddur. Onun sözlərinə görə, 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı cəmi 600-dür və bu, bütün siniflərin 1 faizindən də azını təşkil edir:

“40-dan çox şagirdi olan siniflərdə 24 mindən bir qədər çox şagird təhsil alır. Bu da ümumi şagird sayının təxminən 1,5 faizidir. Yəni siniflərin 99 faizində və şagirdlərin 98,5 faizində sıxlıq 40 nəfərdən aşağıdır”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev vurğulayıb ki, bu göstəricilər nəzərə alınaraq, şagird sıxlığı Azərbaycan təhsil sisteminin ən böyük problemi hesab edilə bilməz.

Nazir qeyd edib ki, mövcud olan 1 faizlik problem üzrə də yerlərdə məqsədyönlü işlər aparılır.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox