Azedu.az

Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”

Orta təhsil

14 Sentyabr 2026, 16:07
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”

"Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir:

“Bir şagirdə məsələn 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox  olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır”.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox