Azedu.az

BMU məzunu beynəlxalq akademik uğur qazanıb

Tələbələr

13 Avqust 2026, 17:31
BMU məzunu beynəlxalq akademik uğur qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) “Elektrik və elektronika mühəndisliyi” ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli beynəlxalq təhsil proqramlarından biri olan Erasmus Mundus təqaüd proqramının TOP 25-liyinə daxil olub.

BMU-dan AzEdu.az-a bildirilib ki, Erasmus Mundus proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində akademik fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.

Riad Əlizadə proqram çərçivəsində Fransa, Finlandiya və Litvada yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib:

· Jan-Monnet Universiteti

· Şərqi Finlandiya Universiteti

· Paris-Est Kretey Universiteti

· Vilnüs Universiteti

BMU məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Riad Əlizadənin ABŞ və Niderlandın digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar:

· Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - Elektrik və kompüter mühəndisliyi

· Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - Robototexnika

· Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - Elektrik və kompüter mühəndisliyi

· Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - Elektrik və kompüter mühəndisliyi

· Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - Təsvirləmə mühəndisliyi

Qeyd edək ki, Riad Əlizadə BMU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla başa vuraraq hər iki ali məktəbin diplomunu əldə edib. Onun Erasmus Mundus təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu uğurlar, eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir.

Riad Əlizadənin əldə etdiyi nəticə BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox