Azedu.az

Yüksək bal toplayanlar regionda müəllimlik ixtisasını seçdilər

Ali təhsil

29 Sentyabr 2026, 16:41
Yüksək bal toplayanlar regionda müəllimlik ixtisasını seçdilər

Müəllimlik peşəsinin nüfuzunın getdikcə daha da artması  özünü qəbul imtahanlarının nəticələrində də göstərir. Yüksək bal toplayan gənclərin hüquq və ya tibb kimi ənənəvi ixtisaslarla yanaşı, pedaqogikanı da seçməsi təhsilin gələcəyi adına ümidverici mənzərə yaradır.

Maraqlıdır, bu il savadı və nəticəsi ilə fərqlənən və qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən neçə abituriyent  müəllim olmağı seçib?

AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

Sorğumuza cavab olaraq universitetdən bildirilib ki, cari tədris ilində tələbə qəbulu planının demək olar ki, tamamilə dolması bu ali təhsil ocağının gənclər arasında artan nüfuzunu göstərir:

"Universitetdə təkcə tələbə sayında deyil, eyni zamanda yüksək balla daxil olanların faizində də əsaslı yüksəliş qeydə alınıb. Bu il LDU-ya qəbul olan tələbələr arasında intellektual liderlik 656 bal toplayan Ofelya Məhərrəmovaya məxsusdur. Regionda təhsil almağa üstünlük verən digər yüksək ballı gənclərdən Aysel Kazımova 612.8 bal, Gülşən İbrahimova isə 606.4 bal toplayaraq LDU tələbəsi adını qazanıblar. Bu tələbələrin hər üçü dövlət sifarişli əsaslarla Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına yiyələnəcəklər. Eyni ixtisası 599.2 balla Rza Nağıyev də seçib. Ümumilikdə, bu il xarici dil müəllimliyi ixtisasını seçənlərin 21 nəfəri 500-600 aralığında bal toplayan gənclərdir.

Yüksək nəticə göstərən abituriyentlərin pedaqoji ixtisaslara axını xüsusilə diqqət çəkir. Belə ki, 500-600 arası bal toplayan tələbələr LDU-nun Azərbaycan dili və ədəbiyyatı, tarix, kimya və biologiya, eləcə də riyaziyyat və informatika müəllimliyi ixtisaslarına üstünlük veriblər. Yüksək ballı gənclər arasında İnformasiya texnologiyaları və İqtisadiyyat ixtisasını seçənlərin sayı da az deyil",- deyə LDU-dan məlumat verilib.

Sadıkovla bağlı şok iddialar - 44 günlük müharibənin əvvəlində...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox