Azedu.az

LDU tələbələri ağacəkmə aksiyasında fəal iştirak ediblər

AzEdu Təhsil Platforması

29 Sentyabr 2026, 16:33
LDU tələbələri ağacəkmə aksiyasında fəal iştirak ediblər

27 Sentyabr - Anım Günü münasibətilə Lənkəran şəhərinin Heydər Əliyev prospektində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

AzEdu.az xəbər verir ki, vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiyada Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri də fəal iştirak ediblər.

Rayon ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıl zonaların genişləndirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə təşkil olunan aksiyada 200 ədəd Eldar şamı, 200 ədəd sərv və 100 ədəd tuya olmaqla, ümumilikdə 500 ədəd həmişəyaşıl ağac əkilib.

Qeyd edək ki, aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sadıkovla bağlı şok iddialar - 44 günlük müharibənin əvvəlində...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox