Azedu.az

TTKF beynəlxalq mükafata layiq görülüb

AzEdu Təhsil Platforması

28 Sentyabr 2026, 20:32
TTKF beynəlxalq mükafata layiq görülüb

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) Global Banking & Finance Awards 2026 proqramı çərçivəsində “Best Social Impact Fund Azerbaijan 2026” (“Azərbaycanın ən yaxşı sosial təsir fondu 2026”) mükafatına layiq görülüb.

AzEdu.az xəbər verir ki, fondun adı proqramın rəsmi qaliblər siyahısında yer alıb.

Bu mükafat Fondun tələbələrin təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır. Təhsil Tələbə Krediti Fondu fəaliyyətində sosial və standart təhsil tələbə kreditləri vasitəsilə gənclərin təhsil haqqı xərclərinin maliyyələşdirilməsinə dəstək göstərir.

TTKF-nin 2026-cı ildə layiq görüldüyü üçüncü beynəlxalq mükafatdır.

Türkiyədən Bakıya ŞOK "ATƏŞ" - Hücumla bağlı gizli detallar
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox