Azedu.az

UNEC-də keçid ballarında təəccübləndirən FƏRQ

Rektorlar

Ali təhsil

28 Sentyabr 2026, 11:25
UNEC-də keçid ballarında təəccübləndirən FƏRQ

"Dekanlarla 2026-cı il tələbə qəbulunun nəticələrinin təhlilinə başladıq. İlk olaraq 3 fakültədə - Mühəndislik, Maliyyə və Mühasibat və Rus İqtisad Məktəbində - vəziyyəti müzakirə etdik".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” hesabında paylaşdığı məlumatda qeyd edib.

Rektorun sözlərinə görə, Rəqəmsal İqtisadiyyat fakültəsində bütün ixtisaslar üzrə minimal keçid balları Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlərlə müqayisədə ən yüksək göstəriciyə malikdir. Fakültədə İnformasiya Təhlükəsizliyi (ingilis dilində) ixtisası üzrə minimal keçid balı 635,1, Kompüter Mühəndisliyi üzrə isə 615,9 olub.

Maliyyə və Mühasibat fakültəsində (Azərbaycan dilində tədris) qəbul göstəricilərinin ölkə üzrə II ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin sayındakı azalma ilə uyğun olduğu qeyd edilib. Belə ki, II ixtisas qrupu üzrə 600-700 bal toplayanların sayı 15 faiz, 500-600 bal toplayanların sayı isə 27,5 faiz azalıb.

UNEC-də Maliyyə ixtisası üzrə minimal keçid balı 499,5, Mühasibat ixtisası üzrə isə 367,1 təşkil edib. Ədalət Muradov qeyd edib ki, bu ixtisaslara qəbul nəticələrinə yüksək bal toplayanların sayının azalması ilə yanaşı, alternativ ixtisasların genişlənməsi də təsir göstərib.

Rus İqtisad Məktəbində isə hazırlığı aparılan 10 ixtisasdan 9-da minimal keçid balı ötən illə müqayisədə artıb. Yalnız Ekologiya ixtisasında keçid balı azalıb. Paylaşımda bunun əsas səbəblərindən birinin yüksək bal toplayan abituriyentlərin Tibb ixtisasına üstünlük verməsi olduğu bildirilib.

Məlumata görə, diqqətçəkən məqamlardan biri Azərbaycan dilində tədris olunan ixtisaslarda minimal keçid ballarının azalması, rus dilində tədris olunan ixtisaslarda isə artmasıdır.

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox