"Etiraf edək ki, ingilis dilində dərs deyən müəllimlərə maaşı çox, Azərbaycan dilində dərs deyənlərə isə az veriririk".
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov imtahan verən tələbələrlə görüşü zamanı qeyd edib.
“Düşünürük ki, bu yanaşma tamamilə səhv idi və dəyişməlidir. İngilis dili müəllimlərimizə gəlincə, demək olar ki, hamısı sertifikatlıdır. Çox az sayda müəllimimizin sertifikatı yoxdur. Onların ingilis dili səviyyəsi kifayət qədər yüksəkdir. Mən əminəm ki, ölkəmizdə ingilis dili səviyyəsi üzrə ən güclü kafedralardan biri məhz bizim ingilis dili kafedramızdır.
Bu ildən etibarən yeni bir qayda tətbiq edirik. Birinci kursda tələbəyə dərs deməyə başlayan müəllim ikinci kursun sonunda yenidən imtahan verəcək, özünü inkişaf etdirəcək. Biz bu proses vasitəsilə müəllimlərin yekun nəticələrini də qiymətləndirəcəyik".