Azedu.az

Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb

Hadisə

28 Sentyabr 2026, 12:22
Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb

Rusiya ordusunun Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində 29 nəfər yaralanıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 28-də səhər saatlarında şəhərin Kiyev və Saltov rayonlarına iki zərbə endirilib.

Xarkov vilayəti hərbi administrasiyasının məlumatına görə, yaralananlar arasında 10 uşaq var.

Saltov rayonunda zərbələrdən biri doqquzmərtəbəli yaşayış binasına düşüb. Binanın bir neçə mərtəbəsi dağılıb. Kiyev rayonunda isə fərdi yaşayış evləri zədələnib.

Xarkov şəhər meri İqor Terexov bildirib ki, şəhərin iki rayonunda ümumilikdə 20 yaşayış binəsinə ziyan dəyib.

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox