Azedu.az

Ali məktəblərdə dərslər yenidən hibrid ola bilər? - Nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi

28 Sentyabr 2026, 16:36
Ali məktəblərdə dərslər yenidən hibrid ola bilər? - Nazirlikdən AÇIQLAMA

Formula 1 Azərbaycan Qran-Prisinin başa çatması ilə ölkənin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub.

Lakin sosial şəbəkələrdə tələbələrin kəskin etirazları səngimir. Onlar paytaxtdakı nəqliyyat sıxlığını və metrostansiyalardakı təmir işləri ilə əlaqədar yaranan pik tıxacları əsas gətirərək dərslərin onlayn və ya hibrid formada davam etdirilməsini tələb edirlər.

Maraqlıdır, hazırda universitetlərdə hibrid təhsil modelinə keçid ilə bağlı hər hansı müzakirə gedirmi?

AzEdu.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirlib ki, hazırda ali təhsil müəssisələrində tədrisin distant və ya hibrid formada təşkili ilə bağlı qərar qəbul edilməyib:

“Məsələ ilə bağlı qərar və ya məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunub.

Türkiyədən Bakıya ŞOK "ATƏŞ" - Hücumla bağlı gizli detallar
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox