2025/2026-cı tədris ili başa çatıb. Hər il olduğu kimi, bu il də yüzlərlə tələbə ali məktəblə vidalaşaraq məzun adını qazanıb. Onların arasında təhsilini yüksək nəticələrlə başa vuran və fərqlənmə diplomuna layiq görülən tələbələr də var.
Maraqlıdır, 2025/2026-cı tədris ilində Azərbaycan Universitetini (AU) neçə tələbə fərqlənmə diplomu ilə bitirib?
Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Universitetinə (AU) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Universitetində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 22 məzunun fərqlənmə diplomu alması nəzərdə tutulur. Onlardan 3-ü bakalavriat, 19-u isə magistratura səviyyəsi üzrə məzunlardır.
Bakalavriat səviyyəsi üzrə:
Qəribov Şəhriyar Azad oğlu- 94,87 bal, Beynəlxalq ticarət və logistika ixtisası;
Cəlilova Səbinə Elçin qızı- 94,58 bal, Politologiya ixtisası;
Vəliyeva Lalə Qurban qızı- 95,12 bal, Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası.
Magistratura səviyyəsi üzrə:
Şahbalayeva Aytac Rasim qızı- 94,15 bal, Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası;
Məmmədzadə Bənövşə Ələddin qızı- 98,60 bal, Azərbaycanın yeni və ən yeni tarixi ixtisası;
İsayeva Xətai Cəlal qızı- 97,73 bal, Azərbaycanın yeni və ən yeni tarixi ixtisası;
Rəhmanova Nərmin Azər qızı- 96,63 bal, Azərbaycanın yeni və ən yeni tarixi ixtisası;
Rəhimova Mədinə Gündüz qızı- 98,73 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
Təhməzli Təranə Abdulla qızı- 97,70 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
Cəfərli Ləman Ceyhun qızı- 96,46 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
İsgəndərli Aydan Babək qızı- 96,33 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
Rəsulova Xuraman Rövşən qızı- 96,18 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
Süleymanlı Gövhər Elşən qızı- 95,55 bal, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası;
Nuriyeva Fidan Fərasət qızı- 94,66 bal, Gənclərlə iş ixtisası;
Abbasova Şəlalə Rəşid qızı- 94,20 bal, Gənclərlə iş ixtisası;
Əliyeva Firuzə Nadir qızı- 94,18 bal, Gənclərlə iş ixtisası;
Eynəliyeva Nərgiz Vaqif qızı- 93,75 bal, Gənclərlə iş ixtisası;
Mahmudova Maisə Natiq qızı- 93,51 bal, Gənclərlə iş ixtisası;
Hüseynova Mahirə Əziz qızı- 95,9833 bal, Kompüter mühəndisliyi ixtisası;
Abbaslı Ülkər Oqtay qızı- 94,2833 bal, Kompüter mühəndisliyi ixtisası;
Quliyeva Nurlana Akşin qızı- 95,7500 bal, Vergi və vergiqoyma ixtisası;
Məmmədova Mədinə Elxan qızı- 94,4000 bal, MBA (Menecment üzrə) ixtisası.