Azedu.az

Qarabağ Universitetindən Faiq Məmmədovla bağlı AÇIQLAMA

Ali təhsil

29 Sentyabr 2026, 11:40
Qarabağ Universitetindən Faiq Məmmədovla bağlı AÇIQLAMA

Mediada Qarabağ Universitetinin adının hallandığı məlumatlarla bağlı universitet tərəfindən açıqlama verilib.

AzEdu.az xəbər verir ki, Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov universitetdə heç vaxt çalışmayıb.

“Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, mediada 1993-cü il təvəllüdlü Faiq Məmmədovun dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edildiyi barədə məlumat yayılıb.

Məlumata görə, iki tələbənin şikayətindən sonra F.Məmmədov saxlanılıb və barəsində araşdırma aparılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyəli generaldan canlıda xəbərdarlıq - Ağlınızı başınıza yığın!
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox